Cari ilin martın 1-nə problemli kreditlərin həcmi bu qədər olub
17 aprel 2019 19:15 (UTC +04:00)

Cari ilin martın 1-nə problemli kreditlərin həcmi bu qədər olub

Bu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 974,6 mln. manat təşkil edib.
 
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi kredit portfelinin 10 379,6 milyon manatı və ya 80%-i uzunmüddətli kreditlərin payına düşüb.
 
Kreditlərin 97,3%-i banklar, 2,7%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 581,0 mln. manat olub və ümumi kredit portfelinin 12,2%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913
avatar

Oxşar yazılar