Bu sığorta şirkətlərinin fəaliyyəti məhdudlaşdırıldı
Azərbaycanda 2 sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə ONA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasından (MNBP) məlumat verilib.
Bildirilir ki, MNBP-nin Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
1138