BFB-nin İdarə Heyəti sədri vəzifəsindən azad olundu
“Bakı Fond Birjası” (BFB) QSC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
APA-nın BFB-yə istinadən verdiyi məlumata görə, iclasda BFB-nin 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənib, müddəti bitdiyi üçün yeni Audit Komitəsi formalaşdırılıb, eləcədə gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra təsdiq edilob.
Ümumi yığıncaqda BFB-nin İdarə Heyəti sədri Vüqar Namazovun digər işə keçməsi ilə əlaqədar müraciətinə əsasən vəzifəsindən azad olunub və BFB-nin İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunub.
2019