Berat Albayrak Bakıya gələcək
14 noyabr 2017 23:07 (UTC +04:00)

Berat Albayrak Bakıya gələcək

0

Gələn ilin əvvəlində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək.

 

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

 

“2018-ci ilin yanvar ayının əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar