Bakımetropolitenin nizamnamə kapitalı artırıldı
20 dekabr 2017 01:02 (UTC +04:00)

Bakımetropolitenin nizamnamə kapitalı artırıldı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnamə kapitalı artırılıb.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

 

Hazırda “Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı 1  milyard 770 milyon  950 min  768 manat 2 qəpikdir, onun səhmlərinin nominal dəyərindən təşkil olunub və nominal dəyəri 14 manat  14 qəpik olan 125 milyon 244 min 43 ədəd adi səhmdən ibarətdir. Dəyişikliyə əsasən Cəmiyyətin Nizamnamə kapitalı artırılaraq 2 milyard 580 milyon 638 min 397 min 20 qəpiyə,  səhmlərinin sayı 182 milyon 506 min 251 ədədə çatdırılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar