Bakıda bir neçə telefon qovşağı ləğv olundu
21 dekabr 2017 09:56 (UTC +04:00)

Bakıda bir neçə telefon qovşağı ləğv olundu

“Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində olan bir neçə telefon qovşağı ləğv olunub.

 

APA-Economics” xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

 

Məlumata əsasən, Yasamal, Xətai, Sabunçu, Xəzər, Qaradağ, Nizami Telefon Qovşaqları bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərti ilə ləğv olunduğunu elan edirlər.

 

Bundan başqa, “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Müəssisənin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

APA Baycan

Oxşar yazılar