Azərbaycanda yeni Türkiyə bankları açılacaq
23 noyabr 2017 09:57 (UTC +04:00)

Azərbaycanda yeni Türkiyə bankları açılacaq

“Yaxın zamanlarda bəzi Türkiyə bankları Azərbaycanda fəaliyyətə başlamaq üçün lisenziya əldə etməklə bağlı müraciət edəcək”.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) “Ziraatbank Azərbaycan” ASC-nin baş direktoru Hüseyn Aydın deyib.

 

Onun sözlərinə görə, “Ziraatbank” Azərbaycanda  filial şəbəkəsini genişləndirəcək: “Bu gün Azərbaycanda bankın 2 filialı fəaliyyət göstərir. Yaxın zamanlarda bankımızın daha üç filialı fəaliyyətə başlayacaq. Bununla da Azərbaycanda filiallarımızın sayı 5-ə çatdırılacaq. Filiallarımız həm Bakıda, həm də sənayenin genişləndiyi digər şəhərlərdə olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

APA Baycan

Oxşar yazılar