Rusiya Gürcüstan şərablarına qadağa qoyur?
Gürcüstanda istehsal edilən spirtli içkilərin Rusiya bazarına girişinə qadağa qoyula bilər. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yüksək səviyyəli dövlət rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, artıq ekspertlər Rusiya bazarında Gürcüstan şərabları ilə bağlı araşdırmalara başlayıblar.
Hazırda gürcü şərablarının Rusiya bazarında 17 faizlik yerə sahib olduğu bildirilir. Bundan öncə isə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Rusiya Federal Xidməti (“Rospotrebnadzor”) idxal edilən gürcü şərablarının keyfiyyət və təhlükəsizlik nəzarətini bir qədər də gücləndirildiyini açıqlayıb.
1339