
Azərbaycanda bəzi avtomobillərin qiyməti düşdü
2019-cu ilin mart ayında təkrar bazarda mühərrik həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat təşkil edib ki, bu da keçən ilin göstəricisi ilə müqaisədə 11 faiz azdır.
Ekspert Nüsrət İbrahimov deyib ki, azlitrajlı avtomobillərin (mühərrik həcmi 2 litrə qədər) orta qiyməti 14 870 manat təşkil edib. Bu da keçən ayla müqayisədə 7,03 faiz çoxdur. Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərin isə qiyməti 7,78 faiz enib və 91 143 manat təşkil edib.
N.İbrahimov qeyd edib ki, paytaxtın avtomobil bazarında 2019-cu ilin martında satışa 1352 avtomobil çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz az deməkdir.
Dəyişdirilmiş strukturun orta qiyməti 13,3 faiz azalıb və 41 712 manat təşkil edib, dəyişdirilməyən strukturun orta qiyməti isə 4,94 azalıb.
Satışa çıxarılanların əksəriyyəti – 82,3 faizi benzinlə işləyən avtomobillərdir. Bu avtomobillərin orta qiyməti 41 129 manat təşkil edib. Dizel mühərrikli avtomobillərin bazarda olan hissəsi 17,7 faizdir, onların orta qiyməti isə 44 415 manat təşkil edib.
(Trend)
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18