Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətinin artması gözlənilir
31 yanvar 2017 20:51 (UTC +04:00)

Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətinin artması gözlənilir

 

Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq.

 

Bu barədə "Report"a SOCAR-dakı mənbələrdən məlumat verilib.

 

"Lakin buraya bütün növ avtomobil yanacağı şamil edilməyəcək. Qiyməti bazar tərəfindən sərbəst təyin olunan benzin markalarının qiymətində bazarın mövqeyindən asılı olaraq artım baş verəcək", - mənbə bildirib.

 

Beynəlxalq bazar tərəfindən qiyməti sərbəst təyin edilən benzin markaları xaricdən idxal olunan “Premium Euro-95" və “Super Euro-98” markalı benzin növləridir. Belə ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan “Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

 

Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurası da 2013-cü il dekabrın 3-də "Aİ-92" markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır.

 

 

Sonuncu dəfə bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin qiyməti 1,05 AZN təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar