Azərbaycan və İran arasında yeni müqavilə imzalandı
04 fevral 2018 14:01 (UTC +04:00)

Azərbaycan və İran arasında yeni müqavilə imzalandı

0
Astara-Astara dəmir yolu ilə hərəkət edəcək qatarın yükü İranın Astara terminalında boşaldılacaq

Fevralın 3-də İranın Astara şəhərində İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri və "Azərbaycandan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Zaman Novruzov arasında görüş keçirilib.

 

APA-nın Tehran  bürosunun məlumatına görə, görüşdə "Azərbaycandan Dəmir Yolları" QSC-nin kompleks terminalının rəhbəri Ramin İsmayılov və iki ölkənin sərhədçiləri iştirak ediblər.

 

Görüşdə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınan və MDF məhsulu daşıyan ilk sınaq yük qatarının Astara-Astara dəmir yolundan keçməklə İranın Astara terminalında öz yükünü boşaltması haqqında  razılıq əldə olunub. Bununla əlaqədar İran Dövlət Dəmir Yolları İdarəsi və "Azərbaycandan Dəmir Yolları" QSC arasında müqavilə imzalanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar