[b]ASC-nin 6 avtobusu hərraca çıxarıldı[/b]
01 avqust 2018 09:00 (UTC +04:00)

[b]ASC-nin 6 avtobusu hərraca çıxarıldı[/b]

Vergi borcuna görə avtonəqliyyat müəssisəsinin 15,6 min manatlıq 6 əmlakı yenidən hərraca çıxarılıb.

 

Vergilər Nazirliyi vergi borcuna görə "Tərtər Avtonəqliyyat” ASC müəssisəsinə məxsus 6 avtobusu ikinci dəfə hərraca çıxarıb. May ayında birinci dəfə hərraca çıxarılan avtobuslara 15 min 600 manat qiymət qoyulub.

 

İlkin hərracda satılmadığından avtobusların qiyməti 10% aşağı salınaraq ümumilikdə 14 min 40 manat müəyyənləşdirilib.

 

 

Hərraca çıxarılan əmlaklar Tərtər şəhəri, E. Hüseynov küç. ev 56 ünvanında yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

APA Baycan

Oxşar yazılar