“Azərişıq” ASC-nin tərkibində yeni idarə yaradıldı
04 may 2018 10:40 (UTC +04:00)

“Azərişıq” ASC-nin tərkibində yeni idarə yaradıldı

Aprel ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzləri vasitəsi ilə rekord sayda müraciət daxil olub.

 

Bu barədə Lent.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.  Məlumata əsasən 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, sahibkarların elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərinin sayı 4 dəfə artıb. Cari ilin aprel ayında 400-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı quruma müraciət edib.

Müraciətlərin sayının sürətlə artması heç də səbəbsiz deyil. Bu ötən ilin aprel ayından bu günə 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin yalnız “ASAN Kommunal” və “ASAN xidmət” Mərkəzləri vasitəsi ilə verilməsinə dair Prezident Sərəncamı ilə bağlıdır. İşin operativ və səmərəli aparılması üçün “Azərişıq” ASC-nin strukturunda “Perspektiv İnkişaf və «ASAN Xidmət»lə iş idarəsi” yaradılıb. “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” Mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. “Azərişıq» ASC-nin rəsmi saytında «Elektrik şəbəkəsinə necə qoşulaq» adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub. Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” Mərkəzlərində qəbul olunurdusa, ötən ilin sonundan etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınmış, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461
avatar

Oxşar yazılar