Apamark Meqa Sığorta şirkətinin loqosunu yenilədi
27 fevral 2018 10:00 (UTC +04:00)

Apamark Meqa Sığorta şirkətinin loqosunu yenilədi

 

 
 
Ötən il ərzində ümumilikdə 6 fərqli istiqamətdə fəaliyyət göstərən şirkət üçün brendinq xidmətini həyata keçirən Apamark Marketinq və PR şirkəti, bu dəfə bazarın aparıcı sığorta şirkətlərindən olan Meqa Sığorta şirkətinin loqosuna yenilik gətirdi.
 
 
Loqo “Aykonik” (Iconic) üslubda yığılmışdır. Loqonun hazırlanmasında sığorta şirkətinin adındakı “M” hərfi daha müasir və fərqli formada təqdim olunmuşdur.
Apamark şirkətinin Qrafik dizayneri Bəhruz Manafovun sözlərinə görə Meqa Sığorta şirkəti tərəfindən qarşımıza qoyulan məqsəd şirkətin loqosunda əks olunan “M” hərfinə yeni nəfəs gətirmək idi. Biz də şirkət olaraq çalışdıq ki, təqdim etdiyimiz loqo nümunəsində şirkətin xidmətlərində olan innovativliklər, yeniliklər bu loqo da öz əksini tapsın. Biz bilirdik ki, tenderdə digər şirkətlərdə iştirak edir və rəqabət güclü olacaq. Biz çox şadıq ki, şirkətin fəaliyyətində olan yeniliklərini bu loqo da əks etdirməyi bacarmışıq. Şirkətimiz tərəfindən Meqa Sığortaya 3 loqo konsepti təqdim olunmuşdur və onların arasından bu loqonun üzərində qərarlaşdıq. Yeni loqo şirkətə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaqdır.
 
 
Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti hal-hazırda Meqa Sığorta şirkətinin yeni saytı üzərində işlər aparır. Saytın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398
avatar

Oxşar yazılar