Ağdaşda məktəb tikintisinə pul ayrıldı
29 oktyabr 2019 15:09 (UTC +04:00)

Ağdaşda məktəb tikintisinə pul ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş rayonu, Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
Lent.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sərəncamla Ağdaş rayonu, Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343
avatar

Oxşar yazılar