Dövlət qurumlarının rəhbərləri "Sınıq Körpü"də olub<span style="color:red;"> - FOTOLAR
24 iyul 2018 18:18 (UTC +04:00)

Dövlət qurumlarının rəhbərləri "Sınıq Körpü"də olub - FOTOLAR

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar. Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurum rəhbərləri sərhəd-keçid məntəqəsində mövcud vəziyyəti müzakirə edib, eyni zamanda, vətəndaşlar və sürücülərlə görüşərək sərhədkeçmə prosesindəki vəziyyətlə bağlı onların rəy və təkliflərini dinləyiblər.

 

Səfər çərçivəsində "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

 

Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar