"Newsletter" yeni dalğasına start verdi
"ACT Azərbaycan" şirkətinin korporativ sosial məsuliyyətinin bir hissəsi olan "Newsletter" sosial sorğu layihəsi növbəti dalğasına başlayır. Əsasən sosial, iqtisadi və əyləncəli mövzulara toxunan layihədə paytaxt sakinlərinin müxtəlif aktual mövzulara münasibəti öyrənilir.
Bu dəfə "Newsletter" dalğasında paytaxt əhlinin əsasən fərdlərarası münasibətlər, qida tərcihləri öyrəniləcək. Bundan başqa yaz fəslinin gəlişi ilə respondentlərin alergiyaları, idman və heyvan sevgisi araşdırılacaq.
"Newsletter" sosial sorğu layihəsinin növbəti dalğası 2-7 may tarixlərində Bakı şəhərində keçiriləcək. Sosial sorğunun mövzuları dəyişsə də, iştirak və keçirilmə qaydaları dəyişməz olaraq qalır. Belə ki, "Newsletter"də son 6 ay ərzində Bakı şəhərində yaşayan, yaşı 18-dən yuxarı olan sıravi paytaxt sakinləri iştirak edir. Anket sorğularını yerinə yetirən komanda təsadüfi seçim əsasında seçilmiş şəhər nömrələri ilə əlaqə saxlayaraq sakinlərin müəyyən mövzular barədə fikirlərini öyrənir. Əldə olunmuş nəticələr isə hər həftənin cümə axşamı "ACT Azərbaycan"ın sosial mediakı hesabları, eləcə də media orqanları - saytlar, xəbər agentlikləri tərəfindən paylaşılır.
449