"Moodys" ilk dəfə "Petkim"ə "B1" reytinq verib
11 yanvar 2018 21:26 (UTC +04:00)

"Moodys" ilk dəfə "Petkim"ə "B1" reytinq verib

0

"Moody's" beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq "Petkim Petrokimya Holding A.Ş."nin korporativ reytinqini və mümkün defolt reytinqini "B1" səviyyəsində təyin edib. 

 

"APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz stabildir. 

 

"Şirkətin B1 reytinqi  onun Türkiyədə dayanıqlı bazar mövqeyini və likvidliyin zəif olmasına baxmayaraq yüksək kredit göstəricilərini tarazlaşdırır", - deyə agentliyin vitse-prezidenti, baş analitik Rehan Əkbər qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar