"Doyarka" kəsmiyinin saxlama temperaturu düzgün göstərilməyib
03 avqust 2017 11:45 (UTC +04:00)

"Doyarka" kəsmiyinin saxlama temperaturu düzgün göstərilməyib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadə tərəfindən istehsal olunan "Doyarka" adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən olunub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, saxlanma temperaturunun düzgün göstərilməməsi istehlakçıda çaşqınlıq yaratmaqla, məhsulun normativ sənədlərlə müəyyən edilmiş temperaturda saxlanılmamasına və nəticədə tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Bununla əlaqədar istehsal olunan məhsulların markalanmasının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə fərdi sahibkar Gülbala Qasımzadəyə müvafiq göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar