"Dəmirbank" ASC-nin əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq.
"APA-Economics"in məlumatına görə, bu barədə "Dəmirbank"ın sosial şəbəkədə yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq. Bununla bağlı mütəmadi olaraq bankın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcək.