"CANSO 2020" sammitinin Bakıda keçirilməsi rəsmən təsdiqlənib
CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti (“CANSO 2020”) gələn ilin 8-12 iyun tarixlərində Bakıda keçiriləcək.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “APA-Economics”ə verilən məlumata görə, bu barədə Cenevrədə keçirilən CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammitində və 23-cü illik toplantısında rəsmən bəyan edilib.
Toplantıda çıxış edən CANSO-nun baş direktoru Saymon Hokardın bildirib ki, Azərbaycan qlobal və regional hava nəqliyyatında əsas rol oynayır və dünyanın bir çox ölkələri və təşkilatları ilə möhkəm əlaqələrə malikdir.
“Biz CANSO Qlobal Sammiti və 24-cü illik toplantısı üzrə AZAL-ın komandası ilə birgə işləməyi səbirsizliklə gözləyirik. Beləliklə, bu bizim növbəti flaqman tədbirimiz üçün mükəmməl mühit olacaq”, - deyə S. Hokard qeyd edib.
Xatırladaq ki, CANSO AGM-2020-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib.
1361