![[b]TANAP Avropaya qazın nəqlinə hazırlaşır[/b]](https://lent.az/storage/news/2019/april/17/big/f7cb7b7074c092a16cc328bbcc858ada.jpg)
[b]TANAP Avropaya qazın nəqlinə hazırlaşır[/b]
Azərbaycanın “Şahdəniz-2” lahiyyəsi çərçivəsində hasil edilən qazın Avropaya ötürülməsini təmin edəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan II fazasının son mərhələsinə start verilib.
ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, sözügedən proses çərəivəsində aprelin 15-dən etibarən sınaq məqsədi ilə sistemə qazın verilməsinə başlanıb.
Bu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq qazının nəqli üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsi ilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və SOCAR Türkiye Enerji A.Ş (7%) şirkətləridir.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət](https://lent.az/storage/news/2024/july/26/big/66a387f434c2766a387f434c28172199320466a387f434c2266a387f434c24.jpg)
Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət
26 iyul 2024 , 15:28![Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6](https://lent.az/storage/news/2024/july/26/big/66a357c1312a566a357c1312a6172198086566a357c1312a066a357c1312a2.jpg)
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6
26 iyul 2024 , 11:58![HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi](https://lent.az/storage/news/2024/july/26/big/66a34ddb907f466a34ddb907f5172197833166a34ddb907ee66a34ddb907f1.jpg)
HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi
26 iyul 2024 , 11:18!["Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir](https://lent.az/storage/news/2024/july/25/big/66a24766434d366a24766434d4172191114266a24766434cf66a24766434d1.jpg)
"Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
25 iyul 2024 , 16:38![Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər](https://lent.az/storage/news/2024/july/25/big/66a2416a27e3e66a2416a27e40172190961066a2416a27e3766a2416a27e3b.jpg)
Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər
25 iyul 2024 , 16:13![Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI](https://lent.az/storage/news/2024/july/25/big/66a208511d72f66a208511d730172189499366a208511d72966a208511d72c.jpg)
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
25 iyul 2024 , 14:34![Elektron siqaretlər bahalaşır](https://lent.az/storage/news/2024/july/24/big/66a0c9637f29866a0c9637f29a172181334766a0c9637f29366a0c9637f296.jpg)
Elektron siqaretlər bahalaşır
24 iyul 2024 , 13:32![Siqaret çəkənlərə BƏD XƏBƏR](https://lent.az/storage/news/2024/july/24/big/66a0c7fae0aad66a0c7fae0aae172181298666a0c7fae0aaa66a0c7fae0aac.jpg)