Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinə Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə 14,6 milyon manat ayrılıb.
Nazirlər Kabineti və Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyev həmçinin Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 4,6 milyon manat vəsait ayrılması barədə də sərəncam imzalayıb.