[b]Prezident iqtisadiyyatın hansı sektorda inkişaf etdiyini açıqladı [/b]
15 fevral 2018 22:39 (UTC +04:00)

[b]Prezident iqtisadiyyatın hansı sektorda inkişaf etdiyini açıqladı [/b]

0

 

 

2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. APA-nın xəbərinə görə, bunu dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında deyib.

 

Dövlət başçısı burada iqtisadi artımın 4 faizə yaxın olduğunu qeyd edib: “Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir.

 

Prezident qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir: “Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar