[b]Prezident 2017-ci ilin dövlət büdcəsinin icrasını təsdiqləyib[/b]
11 iyun 2018 21:34 (UTC +04:00)

[b]Prezident 2017-ci ilin dövlət büdcəsinin icrasını təsdiqləyib[/b]

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb.

 

 APA-nın məlumatına görə, Azərbaycanın 2017-ci il dövlət büdcəsinin icrasının gəlirləri 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiqlənib.

 

Sənədə əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar