<b>Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırıldı -</b> <span style="color:red;">FƏRMAN
03 noyabr 2017 18:14 (UTC +04:00)

Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırıldı - FƏRMAN

0

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”  qanunda edilmiş dəyişikliyi təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, 1-ci maddədə “2 (iki) il müddətinə” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilib.

 

Bundan başqa, 2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar