<font color=red>&#174; </font>“Azercell Telekom” abunəçilərinə müraciət etdi
09 oktyabr 2017 17:21 (UTC +04:00)

® “Azercell Telekom” abunəçilərinə müraciət etdi

“Azercell Telekom” MMC aşağıdakı məlumatın nəzərə alınmasını xahiş edir:

 

Son vaxtlar “Azercell Telekom” MMC tərəfindən güzəştli kredit kampaniyası çərçivəsində abunəçilərin istifadəsinə verilən mobil telefon (smartphone) cihazlarının 3-cü şəxslərə təkrar satılması üzrə sui-istifadə halları müşahidə edilir. Diqqətinizə çatdırırıq ki, belə cihazlara mülkiyyət hüququ müvafiq ödənişlər tam həcmdə həyata keçdikdən sonra əldə edilir  və bundan sonra özgəninkiləşdirilə bilər.

Bu səbəbdən ödənişləri tam həcmdə həyata keçirilməmiş və borclanmış həmin cihazlardan istifadəyə məhdudiyyət tətbiqi halları mümkündür. Belə hallarda müvafiq cihazlar ilə bağlı yaranan mübahisələrə görə “Azercell Telekom” MMC cavabdehlik daşımır və belə hüquqazidd əməliyyatlarda iştirak edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi hüququnu özündə saxlayır.  

Göstərilənləri nəzərə alaraq qeyri-rəsmi, şübhəli mənbələrdən, yeni və yaxud istifadə olunmuş mobil telefon (smartphone) cihazlarını əldə etməməyi tövsiyə edirik. Eyni zamanda bildiririk ki, əldə edilməsi arzu edilən mobil telefon (smartphone) cihazının güzəştli kredit kampaniyaya aidiyyatını  “Azercell Telekom” MMC-nin MX-nə müraciət etməklə dəqiqləşdirməniz mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar