<b>Beynəlxalq Bankın reytinqləri yüksəldi</b>
21 noyabr 2017 22:12 (UTC +04:00)

Beynəlxalq Bankın reytinqləri yüksəldi

0

"Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb. ABB-nin mətbuat xidmətindən "APA Economics"ə verilən xəbərə görə, "Fitch" bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq "B-" səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla "B" səviyyəsinə yüksəldib.

 

Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq "Aqrarkredit"ə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır. Üçüncü rübün yekun hesabatına görə, ABB-nin "Fitch" tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11% təşkil edir.

 

"Fitch" ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar