![[b]Bakı metrosunun mobil əlavəsi olacaq[/b]](https://lent.az/storage/news/2019/april/12/big/ff28f11041f97ed22d1d2dc22454e23f.jpg)
[b]Bakı metrosunun mobil əlavəsi olacaq[/b]
May ayının sonunadək "Android" və "iOS" cihazları istifadəçilərinə "Bakı Metropoliteni"nin mobil əlavəsi təqdim olunacaq. Bunu ONA-ya layihənin rəhbəri Şamxal Bayramov deyib.
Onun sözlərinə görə, “Baku Metro” adlanacaq bu tətbiq vasitəsilə istifadəçilər qatarların gəlmə vaxtı, stansiyalar arasında olan məsafə və bu məsafəni qət ediləcək vaxt barədə interaktiv olaraq məlumat ala biləcəklər. Mobil tətbiqin interfeysi Azərbaycan, rus və ingilis dillərində olacaq.
“Bu yaxınlarda biz “BakuBus” ın mobil əlavəsi üzərində yeniləmə işləri apardıq. Belə ki, bu əlavəyə yeni marşrutlar daxil edilib”, - deyə Ş. Bayramov bildirib.
Tətbiq marşrut boyunca avtobusların hərəkətini real vaxt rejimində izləmək imkanı verir. İstifadəçilər avtobus marşrutunu seçib, seçdiyi marşrut üzrə hansı avtobusun hərəkət etməsi barədə məlumat əldə edə biləcəklər.
Oxşar yazılar

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub
12 mart 2025 , 16:53
"Birbank"da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir
12 mart 2025 , 15:02
Birbank Bahar Lotereyası başlayır: superpriz “Toyota Corolla” avtomobili
11 mart 2025 , 16:59
TikTok yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün yeni funksiyalar təqdim edib
11 mart 2025 , 14:43
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi
11 mart 2025 , 12:43
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
11 mart 2025 , 10:55
Doğru yolda yeni karyera imkanları: "Birbank"ın “PO Growth” proqramına start verildi
10 mart 2025 , 17:10