[b]Azərbaycan və Rusiya 5 sənəd imzaladı[/b]
28 sentyabr 2017 21:08 (UTC +04:00)

[b]Azərbaycan və Rusiya 5 sənəd imzaladı[/b]

Rusiyanın Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında sənədlər imzalanıb. APA-nın Stavropola ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, forum çərçivəsində keçirilən plenar iclasın sonunda iki ölkə arasında iqtisadiyyat sahəsində sənədlər imzalanıb.

 

Sənədlərin imzalanma mərasimi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə baş tutub.

 

Forumda iki ölkə arasında iqtisadiyyat sahəsi ilə bağlı 5 sənəd imzalanıb. Onların arasında  Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığa, Azərbaycanın Stavropol diyarının Kislovodsk şəhərində sanatoriya tikintisinə dair sənədlər var.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar