![[b]Azərbaycan Cənubi Afrikaya avtomobillərin diaqnostikası terminallarını ixrac edəcək[/b]](https://lent.az/storage/news/2019/may/06/big/86de511ca7f6a124a1fdcde6860db31b.jpg)
[b]Azərbaycan Cənubi Afrikaya avtomobillərin diaqnostikası terminallarını ixrac edəcək[/b]
Cənubi Afrikadan “Azexport.az” portalı vasitəsilə yerli istehsal olan avtomobillərin kompüter diaqnostika terminallarının (“CarDoctor” terminalları) alınması ilə bağlı sifariş daxil olub. Bunu ONA-ya “CarDoctor” layihəsinin rəhbəri Azər Əliyev deyib.
Onun sözlərinə görə, terminallar barədə ətraflı məlumat əldə etmək, onların funksionalı ilə yerində tanış olmaq üçün bu ölkədən Azərbaycana nümayəndələrin gələcəyi gözlənilir.
Qeyd edək ki, “CarDoctor” terminalların həmçinin Ukrayna bazarına da ixracı gözlənilir. Hazırda terminalların interfeysi tam olaraq Ukrayna dilinə və yerli valyutanı (qrivnanın) qəbuluna tam uyğunlaşdırılıb.
Terminal vasitəsilə sürücülər avtomobillərini müstəqil şəkildə diaqnostikasını apara bilirlər. Qurğu vizual olaraq ödəmə terminallarına bənzəyir. Terminal avtomobilin əsas komponentlərində mümkün olan nasazlıqları müəyyən edir və bu məlumatlar çek şəklində çap olunaraq avtomobilin sahibinə təqdim edilir. Azərbaycanda “CarDoctor” terminalı SOCAR-ın yanacaqdoldurma stansiyalarının birində quraşdırılıb.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15