<b>“DəmirBank”ın lisenziyası ləğv edildi</b>
22 dekabr 2017 23:18 (UTC +04:00)

“DəmirBank”ın lisenziyası ləğv edildi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilir.

 

APA-Economics xəbər verir ki, Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.

 

“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC barəsində iflas proseduruna başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368
avatar

Oxşar yazılar