"Azəri-Çıraq-Günəşli"dən 127,9 milyard gəlir əldə olunub
14 dekabr 2017 09:59 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli"dən 127,9 milyard gəlir əldə olunub

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 2017-ci ilin dekabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

 

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 11 ayında AÇG yataqları üzrə fond 5,780 mlrd. dollar gəlir əldə edib.

 

Ümumiyyətlə, 2001-ci ildən 2017-ci ilin dekabrın 1-dək AÇG yataqlar bloku üzrə 127,889 mlrd. dollar gəlir əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Oxşar yazılar