“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi Novruz Bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.
“Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”, - deyə məlumatda bildirilir.