"Apamark" tikinti sektorunun ən böyük kataloqunu istifadəyə verdi
20 oktyabr 2017 10:00 (UTC +04:00)

"Apamark" tikinti sektorunun ən böyük kataloqunu istifadəyə verdi

Apamark şirkəti tikinti sektorunun ən böyük kataloqunu istifadəyə verdi.

 

Apamark Marketinq və PR şirkəti Gilan Holdinq-in Sənaye portfeli üçün tikinti bazarının ən böyük məhsul kataloqunu hazırladı.

 

Şirkətin qrafik və veb dizayneri Bəhruz Manafovun sözlərinə görə, məhsul kataloqunun hazırlanması üçün orta hesabla 8 aya yaxın vaxt tələb olundu. Bu müddət ərzində holdinqə daxil olan müəssisələrdə yerdən və havadan 10 400-dən çox foto çəkilişlər həyata keçirilib. Bundan əlavə studiya şəraitində 3200-dən çox məhsul şəkilləri çəkilib, üzərində texniki işlər aparılıb.

 

10 bölmə 1500-dən çox məhsul çeşidi

 

Şirkət tərəfindən hazırlanmış kataloq 8 bölmədən ibarətdir. Korporativ müştərilər üçün hazırlanmış kataloq özündə asfalt, beton, kərpic, çınqıl, kalsit, qranit, seramik, alçipan, lift, kanalizasiya sistemləri və s. müxtəlif tikinti materiallarını və avadanlıqlarını birləşdirir.

 

Qeyd edək ki, Apamark şirkəti tərəfindən hazırlanmış 260 səhifədən ibarət olan kataloq 18 oktyabr tarixində keçirilən inşaat sərgisində sərgi iştirakçılarına təqdim olunub. Hazırda şirkət Gilan Sənaye portfelinin korporativ saytı və kataloqun ingilis dilinin variantının hazırlanması üzərində çalışır. Saytın yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar