“Yuventus”un yarımmüdafiəçisi Blez Matuidi irqçi hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, bu barədə fransız futbolçu özü feysbuk hesabında yazıb.
O, bildirib ki, A seriyasının XX turu çərçivəsində “Kalyari” ilə səfər oyununda rəqib fanatların hörmətsizliyi ilə qarşılaşıb.
Maraqlıdı ki, bu, Sardinyada ilk belə hadisə deyil. Ötən ilin may ayında “Peskara”nın yarımmüdafiəçisi Salli Muntari də “Kalyari” azarkeşlərinin mənəvi hücumuna məruz qalmışdı. O, hakimə bu barədə məlumat vermiş, əvəzində isə sarı vərəqə ilə qarşılaşmışdı. Bundan sonra fanatlara yaxınlaşan və onlarla söhbət eləmək istəyən Muntari qırmızı vərəqə ilə oyundan qovulmuşdu.