“Azərişıq” ASC-nin tabeliyində yeni idarə yaradıldı
26 iyul 2018 04:35 (UTC +04:00)

“Azərişıq” ASC-nin tabeliyində yeni idarə yaradıldı

Nazirlər Kabineti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə”  qərarında dəyişikliklər edib.

 

 APA-nın məlumatına görə, dəyişikliklər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) ilə bağlıdır.

 

 Dəyişikliyə əsasən Sabirabad və Saatlı rayon elektrik şəbəkələri Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (İmişli), Şirvan, Hacıqabul, Salyan, Neftçala rayon elektrik şəbəkələri Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (Şirvan) tərkibindən çıxarılıb. Qərara əsasən Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan)  yaradılıb və Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri bu idarənin tərkibinə verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Oxşar yazılar