“Azəriqaz” Müdafiə Nazirliyini məhkəməyə verib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Müdafiə Nazirliyini (MN) məhkəməyə verib.
“APA-Economics”in məlumatına görə, "Azəriqaz" istifadə olunmuş təbii qazın dəyərinin MN tərəfindən ödənilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İddia üzrə növbəti məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək.
311