® Qırmızı.net platforması təqdim edir: Peşəsinin Peşəkarları
21 Sentyabr 2019-cu il tarixində Media Balans Reklam Agentliyinin Baş sponsorluğu, Milli çay markası Azerçay, Sabis Sun Beynəlxalq Məktəbinin sponsorluğu, Dreamland Baku, Bazarstore Marketlər Şəbəkəsi, Asan Könüllülər Təşkilatı, Bizim Tarla, Prive Steak Gallery, Doğtaş Exclusive Mebel Salonu, Fairmont Hotelin təşkilati dəstəyi ilə Qırmızı.net platformasının açılış mərasimi keçirilib.
Media Balans Reklam Agentliyinin Kreativ direktoru və Qırmızı.net platformasının təsisçisi Onat Gökçen qonaqları salamlayaraq platformanı açıq elan edib. O, öz çıxışında Agentliyin fəaliyyət istiqamətləri və qazandığı uğurlardan söz açıb.
Daha sonra səhnəyə Qırmızı.net layihəsinin meneceri Fatma Kazımova çıxaraq platformanın təşkil olunmasındakı məqsəd və dəyərlərdən bəhs edib.
Platformanın “Peşəsinin peşəkarları ” adlı ilk panelində Türkiyənin Trend ovçusu, İstanbul Bilgi Universitetinin nəzdində dijital marketinq üzrə magistr proqramının müəllifi və Next Academy`nin qurucusu Serdar Kuzuloğlu, BMT-nin Narkotik və Cəza Təşkilatı, Dünya Anti-Dopinq Agentliyinin mütəxəssisi İtaliyalı yazıçı Dr. Ornella Corazza çıxış edib.
Serdar Kuzuloğlu “Yeni dünya, Yeni istehlakçı, Yeni şirkət” mövzusu ilə çıxış edib. O, öz çıxışında yeni dünyanın gətirdiyi yeniliklər, bu yeniliklərin insanlara faydasından, Dr. Ornella Corazza isə “Rəqəmsal Aludəçilik”dən bəhs edib.
Qeyd etmək istərdik ki, QIRMIZI.net liderlik, motivasiya, fərdi inkişaf, həyat tərzi, biznes mühiti və digər müvafiq sahələr üzrə ixtisaslaşan mütəxəssislərlə beynəlxalq və regional səviyyəli görüşlərin təşkili üçün nəzərdə tutulan platformadır.
Platformanın təşkil olunmasında əsas məqsəd bilik və bacarıqların artırılmasına, fərdi və peşəkar inkişafa şərait yaratmaq, cəmiyyətə faydalılığımızın davamlılığını artıraraq fərqli platforma nümunəsi olmaq, bütün sahələrə istiqamətlənmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyəli layihələr reallaşdırmaq, gənclərin təşəbbüskarlığını artırmaq və stimullaşdırmaq istiqamətində tədbirlər görməkdir.
Platforma çərçivəsində təşkil olunan görüşlərə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli mütəxəssislər dəvət olunacaq. Bu görüşlərin təşkili və peşəsinin peşəkarlarının səyləri tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə zəmin yaradacaq.
1001