<font color=red>&#174; </font>DəmirBank 28 il bir ailə kimi
06 oktyabr 2017 12:38 (UTC +04:00)

® DəmirBank 28 il bir ailə kimi

 

 

Ölkənin ilk kommersiya banklarından biri olan DəmirBank 28-ci il dönümünü qeyd edir. 6 oktyabr 1989-cu  ildə yaranmış Azərdəmiryolbank adı ilə fəaliyyətə başlamış Bank 2009-cu ildən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.DəmirBank fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərərək, onların rifahı üçün çalışmış, bir çox nailiyyətlər əldə edərək ölkədə aparıcı banklardan birinə çevrilib.

 

Yarandığı vaxtdan əsas iş prinsipləri hər bir müştəriyə fərdi yanaşma, rahat və keyfiyyətli xidmət təqdim etmək olan DəmirBank, qeyd edilən müddət ərzində 4 milyard AZN-dən çox kredit və 200 milyon AZN-ə yaxın depozit faizi verib, 200 mindən çox plastik kart və 1 milyona yaxın cari hesab öz müştərilərinin istifadəsinə təqdim edib. Fəaliyyəti ərzində 4000-ə yaxın şəxs böyük DəmirBank ailəsinin üzvü olub.

 

Hazırda DəmirBank-ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır. Qısa zamanda 11 beynəlxalq investorun Bank-ın məcmu kapitalının əhəmiyyətli dərəcədə artırılması (105 milyon USD) ilə DəmirBank öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar