® Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti
Müştərilərinin etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib. Bankın hər bir korporativ müştərisi, o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100.000 manata qədər krediti Azərbaycan Beynəlxalq Bankından rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər. “Şirkətlərə anında dəstək”
kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir.
Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır.
Kreditin özəllikləri:
• Kreditin məbləği - 100.000 manatadək
• Kreditin müddəti - 3 ayadək
• İllik faiz dərəcəsi - 16%-dən başlayaraq
Krediti bankın bütün filiallarından əldə etmək mümkündür. Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, belə məhsulların yaradılmasında məqsəd sahibkarların maliyyə tərəfdaşı olaraq Azərbaycan Beynəlxalq Bankının onların maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir. “Qısamüddətli öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır. “Şirkətlərə anında dəstək” krediti isə belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Onlar Azərbaycan Beynəlxalq Bankının bu kredit məhsulundan faydalanmaqla biznes
layihələrini hər hansı çətinlik yaranmadan fasiləsiz icra edə bilərlər. Korporativ biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
993