AGBank müştəriləri üçün TaxFree4U xidmətini təqdim edir. İndi bankın müştəriləri AGBank-ın plastik kartları ilə Avropanın aparıcı ölkələrində ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş satış nöqtələrində alış-veriş edərkən əlavə sənədlər təqdim etmədən ƏDV vergisini plastik kartlarına geri alacaqlar.
TaxFree4U şirkəti tərəfindən yaradılmış xüsusi mobil applikasiya qeyd etdiyimiz ölkələrdə (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya) alış-veriş zamanı ƏDV-nin qaytarılmasını asanlaşdırır. AGBANK promokod vasitəsi ilə TaxFree4U mobil əlavəni yükləməklə qeydiyyatdan keçmək, alış-veriş qəbzlərini bu proqram vasitəsi ilə Taxfree4u şirkətinə göndərmək kifayyətdir. Sənədlər icraya qəbul edildikdən sonra 48 saat ərzində ƏDV vergisi müştərinin plastik kart hesabına oturur.
AGBank-Zəngin olmaq haqqınızdır!