<font color=red>&#174; </font>"Veysəloğlu" şirkətlər qrupu Gələcək Qurur
21 oktyabr 2019 12:24 (UTC +04:00)

® "Veysəloğlu" şirkətlər qrupu Gələcək Qurur

 
 
“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) Layihəsi çərçivəsində dəstək olduğu “Gələcəyini Qur” layihəsinin iştirakçıları ilə görüşüb.
 
Belə ki, şirkətlər qrupu il öncə başlatdığı layihəyə əsasən aztəminatlı ailələrdən olan yüksək intellektual qabiliyyəti və universitetdə oxumaq arzusu olan 20 şagirdə (12 qız, 8 oğlan) hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərib. Çox sevindirici haldır ki, şagirdlərin hər biri 2019-cu il universitetə qəbul imtahanlarında yüksək nəticlələr göstərərək ali məktəblərə daxil olaraq tələbə adını qazanıblar.
 
Tədbirdə "Veysəloğlu" Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, eləcə də, şirkət rəsmiləri iştirak edərək tələbələri təbrik edib, ölkəmizin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. “Gələcəyini Qur” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Oxşar yazılar