<font color=red>&#174; </font>“SupermaM” Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edib
04 iyun 2018 17:11 (UTC +04:00)

® “SupermaM” Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edib

Həm uşaqlar, həm də analar faydalanıblar

Facebook sosial şəbəkəsinin yalnız analar üçün yaradılan ən məşhur qruplarından biri olan “SupermaM” Azərbaycanın lider mobil operatoru “Azercell”, tədbir təşkilatçısı “MGM Production”, “Family Tram” informasiya portalının dəstəyi ilə “Nar Kids Club” tədris mərkəzində həm analar, həm də uşaqlar üçün maraqlı və əyləncəli tədbir təşkil edib. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Tədbirdə xanımlar üçün təlim formatında görüşlər, uşaqlar üçün isə maarıfləndirici-əyləncəli formatda master klass təşkil olunub. Analarla pediatr Leyla Baxışova “Doğru bildiyimiz yanlışlar”, psixoloq Elnarə Şahbazzadə isə “Uşaqları internet asılılığından necə azad etməli” mövzularında təlimlər aparıblar. Analar həkimlərlə təlimlərdə olduğu müddətdə, uşaqlar da əla vaxt keçiriblər. Belə ki, “Family Tram” informasiya portalının əməkdaşları tərəfindən uşaqlar üçün bayram açıqçaları və pomponlar hazırlamaq üzrə master klass təşkil olunub. Daha sonra isə onlar “Party Kids Baku” şirkətinin animatorları - sevimli cizgi filmləri qəhrəmanları ilə əyləncəli vaxt keçiriblər.

Tədbirə böyük həvəslə qonaq qismində qatılan xeyriyyəçi, “Həyat” verilişinin aparıcısı Hacı Nuran Hüseynov bu cür tədbirlərin keçirilməsi və xüsusi ilə də uşaqlar və analar üçün maarifləndirici təlimlərin aparılmasının faydalı olduğunu vurğulayıb. Qeyd edək ki, uşaqların sevimlisi olan Nuranı körpələr də çox böyük sevinclə qarşılayıblar.

Tədbirin sonunda analara və uşaqlara “Azercell” və “MGM Production” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, “SupermaM” qrupu 2014-cü ilin dekabr ayından fəalliyət göstərir və dünyanın müxtəlif nöqtələrində yaşayan 5 ana tərəfindən idarə olunur. Qrupda qadınlara, gələcək analara, uşaqlara aid istənilən mövzular müzakirə olunur, məsləhətlər verilir. Eyni zamanda qrupda təmənnasız olaraq həkimlər analara onlayn rejimdə kömək edirlər.    

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar