<font color=red>&#174; </font>“PAŞA Həyat” cari ilin I rübünün nəticələrini açıqlayıb
11 aprel 2017 10:16 (UTC +04:00)

® “PAŞA Həyat” cari ilin I rübünün nəticələrini açıqlayıb

 
 Bakı.11/04/2017. Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.  
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan rüblük hesabatın nəticələrinə əsasən, cari ilin I rübündə “PAŞA Həyat” tərəfindən ümumilikdə 32,099 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,731 mln. manat və ya 50% çox olub. 
Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 1,663 mln. manat və ya 27% artaraq 7,755 mln. manata çatıb. 
Сari ilin aprel ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir. 
 
Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin 
İctimaiyyətlə Əlaqələr Xidməti  ilə əlaqə saxlaya bilərsiniz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar