Prezident İlham Əliyev Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Quba şəhərində 32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.