
2019-cu ilin dövlət büdcəsində dəyişiklik ediləcək
Minimum əmək haqlarının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, Mərkəzi Seçki Komissiyasının üzvləri, AMEA və büdcədən maliyyələşən bir sıra təşkilatların işçilərinin əməkhaqlarının artırılması ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində dəyişiklik ediləcək.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H. Rəcəbli deyib ki, büdcəyə dəyişikliyə nəzərdə tutan layihə sabah Milli Məclisin sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq və Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə olunacaq: “Əməkhaqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir. Prezidentin apardığı struktur dəyişiklərin nəticəsində, əldə olunan əlavə gəlirlər hesabına bu maliyyələşmə təmin olunur. Bu da Prezidentin gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək”.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15