10 bank üzrə 726 milyon manatdan artıq kompensasiya verilib
13 mart 2017 09:59 (UTC +04:00)

10 bank üzrə 726 milyon manatdan artıq kompensasiya verilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 mart  2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 195 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 milyon 479 min manat (ümumi kompensasiya öhdəliyinin 75 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 086 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 128 miyon 531 min  manatdan artıq kompensasiya verilib.  

 

Fonddan Lent.az-a verilən məlumata görə, 10 mart  2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 254 min manatdan artıq kompensasiya verilib.

 

10 mart  2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 435 milyon 814 min  manatdan artıq kompensasiya ödənilib.

 

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət yanvarın 27-də başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya verilib.

 

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə  976 min 440 manat, ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 433 min manatdan artıq kompensasiya ödənilib.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 726 milyon 169 min manatdan artıq kompensasiya ödənilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar