Xaricdə qeydiyyatda olan maşınların yol vergisi ilə bağlı yeni tələb  TƏSDİQLƏNDİ
29 mart 2021 15:50 (UTC +04:00)

Xaricdə qeydiyyatda olan maşınların yol vergisi ilə bağlı yeni tələb TƏSDİQLƏNDİ

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycanın büdcə gəlirlərinin təsnifatına dəyişiklik edilib.

Qüvvədə olan qərara əsasən,  yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilirdi. Dəyişikliyə əsasən,  avtomobilin xarici dövlətlərdə qeydiyyatda olmasının nəzərə alınması şərti əlavə olunur.

Beləliklə, əsasən, yol vergisi artıq xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar