Xankəndi
27 mart 2022 10:13 (UTC +04:00)

Xankəndi

Xankəndiyə qaz bu tarixdən veriləcək

Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub.

"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən xəbərə görə, normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.

Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar  olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.

Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3690
avatar

Oxşar yazılar